Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

732 nəfərin namizədliyi qeydə alınıb


7 noyabr parlament seçkisinə qatılan 732 nəfərin namizədliyi qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Seçkiyə partiya və blok kimi qoşulmuş təşkilatlar haqqında isə bildirib ki, Yeni Azərbaycan Partiyasından 111, “AXCP-Müsavat” blokundan 38, “İslahat” blokundan 31, “Qarabağ” blokundan 32, “İnsan naminə” blokundan 21, Klassik Xalq Cəbhəsi Partiyasından 30, Azərbaycan Milli İstiqlal Partiyasından 25, Demokratik Azərbaycan Dünyası Partiyasından 20, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 7, Azərbaycan Sosial Demokrat Partiyasından 2, Azərbaycan Milli Demokrat Partiyasından 2, Tərəqqi Partiyasından 1 nəfərin namizədliyi qeydə alınıb.

MSK-nın iclasında “AXCP-Müsavat” seçki blokunun bülletenlərdə əks olunacaq emblemi də təsdiqlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG