Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Gəncədən seçki şikayətləri


Gəncədən deputatlığa namizədlər dairə seçki komissiyalarında Seçki Məcəlləsinin pozulduğunu iddia edirlər. Müsavat Partiyasından namizədliyini irəli sürmüş Cahangir Əmirxanlı onun qeydiyyatından əsassız yerə imtina olunduğunu deyir. O bildirir ki, 38 saylı Gəncə seçki dairəsi indidən seçkiləri saxtalaşdırmağa başlayıb. Müxalif partiyaların təmsilçilərinin hüquqları kobud şəkildə pozulur:

- Dairə seçki komissiyaları bütün işlərini müxalifətdən olan namizədlərin “vurulmasına” sərf edib. Məsələn, mən 38-ci dairədən imza vərəqlərini götürmüşəm, qapı-qapı imza toplamışam. 7 günün tamamında mənə xəbər veriblər ki, gəl imzaların müzakirəsinə. Mən 549 imza toplayıb vermişdim. Guya bunun 148-i saxtadır.

APELYASİYA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT

Vətəndaş və İnkişaf Partiyasının təmsilçisi, eyni dairədən namizədliyini vermiş Əfqan Məmmədov da qanun pozuntularına yol verildiyini deyir. Bildirir ki, dairənin sədri İbrahim Cəfərov onun da imzalarını əsası olmadan saxta çıxarıb. Namizədliyini geri götürməsi üçün dəfələrlə polis tərəfindən də hədələndiyini deyən Əfqan Məmmədov, artıq Apelyasiya Məhkəməsinə müraciət edib:

- Gəncədə polis mənə hədə-qorxu gəlirdi ki, namizədliyimi verməyim. Mənim iştirakımı təmin etməyiblər. Mən Apelyasiya Məhkəməsinə şikayət etmişəm. Dairə Seçki Komissiyası mənim 142 imzamı saxta çıxarıb, səlahiyyətli nümayəndəmin imzasını guya başqa adamın çəkdiyini iddia edir. 38 saylı Dairə Seçki Komissiyasının sədri İbrahim Cəfərov işçi qrupunun rəyini təqdim etmədi ki, hansı imzalar saxtadır.

38 saylı seçki dairəsinin sədri İbrahim Cəfərov isə deyir ki, namizədlərin imzaları işçi qrupu tərəfindən müvafiq qurumlardan alınmış sorğular əsasında yoxlanılır:

«NAMİZƏDLİKDƏN İMTİNA ÜÇÜN ƏSASLAR OLUB»

- Müsavatdan namizədliyini irəli sürmüş Cahangir Əmirxanlının sənədlərinə yaradılmış işçi qrupunda baxılıb. Müəyyən dövlət orqanlarına sorğu ilə müraciət olunub, pasport qeydiyyatı idarəsinə, hərbi komissarlığa, namizədlikdən imtina üçün əsaslar olub.

“ŞİKAYƏTLƏRİN ƏKSƏRİYYƏTİ BÖLGƏLƏRDƏNDİR”

Mirəli Hüseynov
“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov da deyir ki, qanun pozuntuları ilə bağlı hesabat hazırlayıblar və birliyə daxil olan şikayətlərin əksəriyyəti bölgələrdəndir. Şikayətlərin əsasını da elə imzaların sayılması zamanı olan qanunsuzluqlar təşkil edir:

- Qanun pozuntuları daha çox imzatoplama vaxtı qeydə alınıb, komissiyalar qeyri-şəffaf və qeyri-peşəkar şəkildə fəaliyyət göstərir. İmzaların sayılması zamanı müşahidəçilər cəlb etməyiblər. Eyni zamanda namizədlərə və seçicilərə təzyiqlər də edilib. Ya imza atılmasın ya da imza atan şəxslər imzalarını geri götürsünlər. Ən böyük pozuntu isə ondan ibarətdir ki, imzalar əsası olmadan etibarsız hesab edilib. Daha çox bölgələrdə bu hallara rast gəlinib.

Mirəli Hüseynov dövlət müəssisə və təşkilatlarında çalışan seçicilərdən məcburi imzaların toplanmasının hesabatdakı əsas qanun pozuntusu sırasında olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG