Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Bişkekdə Bakiyev əleyhdarları parlamentin qarşısına toplaşır


Qırğızıstan paytaxtı Bişkekdə yüzlərlə adam parlament seçkilərinin nəticəsinə etiraz olaraq piket eləyirlər. Meken Şeyitteri və Aikol Ala-Tu partiyasının
700-ə yaxın tərəfdarı 10 oktyabr parlament seçkilərinin nəticələrinin ləğv edilməsini istəyir. Həmin seçkidə devrilmiş prezident Bakiyevi dəsətkləyənlərin çoxluqda olduğu Ata-Yurd partiyası ən çox səs toplayan partiya olub. Bakiyev əleyhdarları isə Ata-yurdun qələbəsinin saxtakarlıq nəticəsində mümkün olduğunu iddia edir.

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev aprelin 7-də başlanan etirazlardan sonra devrilmişdi və indi Belorusda sğınacaq alıb.
XS
SM
MD
LG