Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Parisdə polislə tələbələr arasında toqquşmalar olub


Parisdə polislə etiraz aksiyası keçirən tələbələr arasında toqquşmalar olub. Polis tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə edib. Tələbələr isə polisi səkilərdən sökdükləri daşlarla atmaqla, və maşınları yandırmaqla cavab veriblər.

Ümumilikdə bütün Fransa boyu etiraz aksiyaları və tətillər yayılıb. Bu gün 200 şəhərdə geniş nümayişlər keçirilir. Bundan başqa ümummilli tətil üzündən hava və dəmiryol nəqliyttaı faktiki olaraq dayanıb, məktəblər və başqa ictimai sektorların işçiləri və tələbələri də tətilə qoşulub.

Fransa neftayrıma zavodları da fəaliyyətini dayandırdığından ölkəboyu yüzlərlə yanacaqdoldurma məntəqəsində yanacaq qıtlığı və uzun növbələr yaranıb.

Prezident Nikola Sarkozi deyib ki, etirazlara baxmaytaraq pensiya yaşının 60-dan 62-yə qaldırılmasını nəzərdə tutan islahatı həyata keçirəcəklər. Fransa senatı həftənin sonuna islahat paketini səsverməyə çıxaracaq.
XS
SM
MD
LG