Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

Fransa yanacaqsız yanır


Yük maşınları sürücüləri yol qovşağına gedən yolu kəsiblər

Yük maşınları sürücüləri yol qovşağına gedən yolu kəsiblər

Fransada yanacaq qıtlığı yaranıb.
Hökumət yanacağı strateji ehtiyatlarından götürməyə başlayıb...
“Vandalizm” ittihamı ilə 300 tələbə fəalı tutulub...

Fransada tətilin altıncı günüdür.
Ölkənin 200 irili-xırdalı şəhərində müəllimlərdən tutmuş poçt işçilərinə qədər yüz minlərlə adam hökumətin pensiya islahatına qarşı dəmiryolçuların və yanacaq emalı işçilərinin etirazına qoşulublar.

PREZİDENT GÜZƏŞTƏ GETMİR

Hökumətin planı minimal pensiya yaşını 60-dan 62-yə, tam pensiyaya çıxma yaşını isə 67-yə qaldırmaqdır.

Fransa prezidenti Nikola Sarkozinin mövqeyi qətidir: “Bu islahat onsuz da çox yubadılıb. Daha yubadıla bilməz. Niyə? Çünki bu günki və sabah pensiyaya çıxanların pensiyası ödənməlidir.
Fransada 15 milyon pensiyaçı var. Bu gün onlardan 1 milyon 500 mininin pensiyası bank borcları hesabına ödənir. Bu belə davam edə bilməz.”

Tətil qarşısında hələlik möhkəm dayanan hökumət bildirir ki, “vəziyyət nəzarətdədir”. Ancaq Exxon Mobil şirkətinin sözçüsü deyib ki, “vəziyyət kritikdir, Parisə və Nanta gedən maşınların orda yanacaq problemi olacaq.”

Fransada dəmiryolçuların və yanacaq emalı zavodları işçilərinin keçən həftədən başlanan müddətsiz tətili
yüzlərlə benzindoldurma stansiyasını yanacaqsız qoyub.
Total və Esso şirkətləri hərəyə 400 stansiyalarına ziyan dəydiyini bildiriblər.

Avropa ölkələrində yanacağın strateji ehtiyatlarının monitorinqini aparan Beynəlxlaq Enerji Agentliyi bildirib ki, Fransa hökumətinin strateji yanacaq ehtiyatı və sənayenin ehtiyatları cəmi 98 günə çatacaq.

RƏY SORGUSU: 71 FAİZ ƏLEYHİNƏDİR

Hökumətin minimal pensiya yaşını iki il qaldırmaq istəməsini əhalinin 71 faizi pisləyir. Hökumətin isə arqumenti budur ki, pensiya verməyə bir azdan pul çatmayacaq. Ona görə pensiyaya çıxma yaşını uzatmaqla bu qıtlığı indidən aradan qaldırmaq lazımdır.

Hökumətin təklifinin əsas məqamları parlamentin hər iki palatasından keçib.
İndi Senat bütöv qanuna səs verməlidir. Müzakirə və səsvermə çərşənbə günündən başlanmalıdır.

Təhlilçilər Senatın qanunu qəbul edəcəyini düşünürlər.

Ancaq vəziyyət nəzarətdən çıxa da bilər.
Yük maşınları sürücüləri Paris, Lil, Lion ətrafındakı yollara maşınlarını düzüb, yolu qismən bağlayırlar.
Baş nazir Fillon xəbərdarlıq edir ki, “yolu bağlamaq qanunu pozmaqdır.”
Parisin Nanterre rayonunda tələbələr yoldakı maşınları yandırandan sonra polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG