Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16
“Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, deputatlığa namizəd olaraq irəli sürülüblər. Hətta bəzi DSK-lar uzun müddət bu namizədləri axtardı ki, niyə gəlib imza vərəqələri götürmürlər”.

Bu fikirləri yeni Yeni Azərbaycan Partiyasının internet saytında yerləşdirilən müsahibəsində YAP İcra katibinin müavini (partiyanın 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədi) Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, müxalifət istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsi dövründə mütəmadi şəkildə qanunvericiliyi pozub:

“Bunun isə birinci səbəbi odur ki, onlar qanundan xəbərsizdilər, qanunları bilmirlər. Bundan başqa, ortada xoş olmayan məqsəd var. Çünki onlar imza toplaya bilmirdilər və qəsdən qanunu pozurdular ki, namizədlikləri ləğv olunsun. Ümumilikdə, müxaliflər seçki prosesinə kölgə salmaqdan ötrü müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Güman edirəm ki, onların qeydə alınan namizədləri də eyni durumdadır. Vətəndaş eşidəndə ki, bunlar kimdir, nəçidir, onları dəstəkləmir, imza vermir. Müxalifətin namizədləri əlindən heç bir iş gəlməyən insanlardır. Ona görə də, insanlar onlara imza verməkdən imtina ediblər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, hakimiyyət namizədləri müxalifət ilə rəqabətə girməkdən çəkinir:

Fuad Qəhrəmanlı
“YAP düşdüyü psixoloji diskomfort vəziyyətindən çıxmaq üçün müxalifət namizədlərini aşağılamağa çalışır. Kimlərinsə Rusiyaya, Türkiyəyə getməsində heç bir qəbahət yoxdur. Çünki müxalifət namizədlərinə qarşı elə repressiv şərtlər tətbiq edirlər ki, insanlar ailələrini saxlamaq üçün xaricdə iş yeri axtarmağa məcbur olurlar. Onlardan kimsə qayıdıb öz siyasi fəaliyyətini bərpa edirsə, burda utanılacaq bir şey yoxdur. Əksinə utanılacaq odur ki, bu insanlara siyasi əqidəsinə görə, Azərbaycanda yaşamağa imkanı yaradılmır”.

S.Novruzovun “müxalifətin bəzi namizədlərinin xaricdə alver etməsi” fikrinə gəlincə F. Qəhrəmanlının məsələyə münasibəti belə oldu:

“Siyavuş Novruzovun belə bir məlumatı varsa, çıxıb açıqlasın. Bizdə olan məlumata görə isə, YAP-dan namizədlər irəli sürülməsi bir sistem şəklində aparılıb, kim daha çox rüşvət ödəyirsə, onun namizədliyi irəli sürülüb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG