Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:54

«Beşmərtəbə» yenidən qurulacaq


Azərbaycan Dövlət Layihə İnstitutu Bakı şəhərinin «Beşmərtəbə» adlanan mərkəzi hissəsinin yenidən qurulması və abadlaşdırılması üzrə layihə hazırlayır.

«APA-ECONOMICS»in xəbərinə görə, bunu Azərbaycan Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, layihənin bu ilin sonuna qədər tamamlanması və gələn ilin əvvəlində təsdiqlənməsi gözlənilir: “Bundan sonra layihəni həyata keçirəcək investor seçiləcək”.

Layihədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasından başlayan və keçmiş «Sovetski» adlanan ərazinin də daxil olduğu sahənin yenidən planlaşdırılması və qurulması, burada 5-7 mərtəbəli yaşayış binalarının tikintisi gözlənilir:

Layihənin icrasına nə vaxt başlanacağı bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG