Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Döyüldüyü iddia edilən jurnalistlərin məhkəməsidir


Oktyabrın 20-də Xəzər Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə «Yeni Müsavat» qəzetinin müxbiri Elmin Bədəlovun və «Milli yol» qəzetinin baş redaktorunun muavini Anar Gəraylının Xəzər rayon Polis İdarəsinə qarşı iddiası üzrə hazırlıq iclası keçiriləcək.

E.Bədəlovun verdiyi məlumata görə, iddiaya səbəb polis idarəsinin iyulun 28-də jurnalistlərin Şüvəlan qəsəbəsində «Şimal DRES» ərazisində peşə fəaliyyətlərini həyata keçirərkən döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtina etməsi olub.

İddiaçılar məhkəmədən polisin cinayət işi qaldırmaqdan imtina etməsinin qanunsuz sayılmasını və yenidən obyektiv araşdırma aparılması barədə onların üzərinə vəzifə qoyulmasını xahiş edib.

Elmin Bədəlovla Anar Gəraylı iyulun 28-də «Şimal DRES» qəsəbəsində yerləşən villaların şəkillərini çəkərkən döyülmüşdülər.
XS
SM
MD
LG