Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

Qroznıdan ziddiyyətli məlumatlar gəlir


Oktyabrın 19-da Çeçenistan parlamentinə edilən hücumla bağlı ziddiyyətli məlumatlar gəlir. Bir mənbə yaraqlıların hamısının məhv edildiyini, digəri isə yaraqlılardan birinin insanları girov saxladığını bildirir.

DİN-nin məlumatına görə, hücum hökumət binaları kompleksi ərazisində, əvvəllər Kənd Təsərrüfatı nazirliyinin yerləşdiyi binada baş verib. İlkin məlumata görə, 4 nəfər ölüb, 10-dan çox yaralanan var.

Hadisə yerinə təhlükəsizlik xidməti, xüsusi təyinatlı milis dəstələri cəlb edilib. Atışma zamanı binada olan parlament spikeri sağ-salamat binadan evakuasiya edilib.

Xüsusi əməliyyata Çeçenistan rəhbəri Ramzan Karıdov rəhbərlik edir. «İtar-Tass» agentliyi xəbər verir ki, Qroznıda səfərdə olan Rusiyanın DİN Rəşid Nurqəliyev Çeçen prezidenti ilə təcili iclas keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG