Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:47

Çeçenistan parlamentinə hücum olub


Oktyabrın 19-u səhər Çeçenistan parlamentinə hücum olub, 2 nəfər ölüb. Kamikadze Qroznıda terrora cəhd edib, bəzi məlumatlara görə, parlament sədrinin otağı yaxınlığında özünü partladıb.

«RİA Novosti» agentliyi xəbər verir ki, parlament spikeri xəsarət almayıb və binadan evakuasiya edilib.

Bundan əvvəl agentliklər parlament binasında atışma olduğunu xəbər veriblər.

Hazırda hadisə yerinə təhlükəsizlik xidməti, xüsusi təyinatlı milis dəstələri cəlıb edilib.

Çeçenistan rəhbəri Ramzan Kadırovun da ərazidə olduğu bildirilir.

Parlament binasında 3 yaraqlının olduğu güman edilir.

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG