Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:18

Amerika diplomatını Azərbaycan və Türkiyə rəhbərliyi ilə danışmağa göndərib


Oktyabrın 19-dan ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levin Azərbaycan və Türkiyəyə səfərə çıxıb.

Səfərdə məqsəd İranın mübahisəli nüvə proqramı ilə əlaqədar BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları müzakirə etməkdir. Wall Steet Journal qəzeti yazır ki, “enerji ilə zəngin Azərbaycan İranla dərin etnik və mədəni əlaqələri bölüşür və mühüm benzin təchizatçısı kimi xidmət göstərə bilər”.

S. Levinin prezidenti İlham Əliyev və Milli Bankın nümayəndələri ilə görüşəcəyi bildirilir.

Azərbaycandan sonra Türkiyəyə gedəcək amerikalı diplomat eynilə bu ölkənin rəhbərliyi ilə də danışıqlar aparacaq.
XS
SM
MD
LG