Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:55

Çeçenistan parlamentinə hücum olub, 2 nəfər ölüb


Bu səhər Çeçenistan parlamentinə hücum olub, 2 nəfər ölüb. Kamikadze Qroznıda terrora cəhd edib, bəzi məlumatlara görə, parlament sədrinin otağı yaxınlığında özünü partladıb.

«RİA Novosti» agentliyi xəbər verir ki, parlament spikeri xəsarət almayıb və binadan evakuasiya edilib.

Bundan əvvəl agentliklər parlament binasında atışma olduğunu xəbər veriblər.

Hazırda hadisə yerinə təhlükəsizlik xidməti, xüsusi təyinatlı milis dəstələri cəlıb edilib.
Çeçenistan rəhbəri Ramzan Karıdovun da ərazidə olduğu bildirilir.

Parlament binasında 3 yaraqlının olduğu güman edilir.

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
XS
SM
MD
LG