Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:55

Rusiya, Fransa və Almaniya liderlərinin sammiti keçirilir


Rusiya, Fransa və Almaniya liderlərinin sammiti davam edir. Oktyabrın 19-da Dmitri Medvedev, Nikolya Sarkozi və Ancela Merkelin görüşündə təhlükəsizlik əməkdaşlığı məsələsi gündəmdədir.

Üç tərəfli sammit dünəndən Fransanın Dovil şəhərində açılıb.

Görüşdə NATO üzvlərini əhatə edəcək ümumi Avropa raketdən müdafiə sisteminin yaradılması layihəsi müzakirə ediləcək. Yeni sistem İran kimi ölkələrin mümkün ballistik hücumlarından müdafiə olunmaq məqsədi daşıyır.

Moskva əvvəllər ABŞ-ın Avropanın bəzi bölgələrində raketdən müdafiə sistemi yerləşdirmək planlarına etiraz edib, hesab edir ki, bu sistem Rusiyaya qarşı yönələ bilər.

Gözlənilir ki, NATO Avropada raketdən müdafiə sistemi layihəsini noyabr ayında Lissabon sammitində müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG