Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:49

Yaza qədər Şahdəniz II yatağından qazın Avropaya nəqli aydınlaşacaq


Riçard Morninqstar
Riçard Morninqstar
“Xəzərdə ən böyük qaz yataqlarından olan Şah Dəniz 2 yatağı üzrə layihənin icrası başlayır. Hazırda potensial alıcılar və sərmayəçilərlə danışıqlar aparılır. Gələn ilin yazına qədər Şah Dəniz II konsorsiumu Avropaya qaz nəqli barədə yekun qərarını verəcək”.

Bunu oktyabrın 15-də Vaşinqtonda Vilson Mərkəzində çıxışında ABŞ Dövlət Katibinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninstar bildirib.

Onun verdiyi məlumata görə Nabukko kəmərinə Türkmənistan və İraqdan da qaz alınması ehtimalları yüksəkdir və beləliklə Avropaya enerji nəqli üzrə Cənub dəhlizi artıq reallaşmaq üzrədir:

- Birincisi, iyulun 7-də Türkiyə ilə Azərbaycan arasında qaz alqı-satqısı və tranziti haqqında razılaşma imzalandı. Bununla da Azərbaycan qazının Anadoluya nəqli ilə bağlı ən əsas maneə aradan qalxdı.

İkincisi, yaxın aylarda Türkmənistanın da Cənub Dəhlizinə qaz verib-verməyəcəyinin aydın olacağı gözlənir.

ABŞ 1990-cı illərdən bu yana Xəzərdən qaz kəmərinin çəkilməsi konsepsiyasını müdafiə edir. Türkmənistan isə özünün siyasi səbəblərinə görə, ola bilər ki, buna hazır olmasın.

Başqa bir mənbə də İraq qazıdır. Amma açığı desək, bu istiqamətdən qaz almaq o qədər də asan olmayacaq. İraqın özünün üstünlük verdiyi istiqamət fərqli ola bilər. Amma ekspertlər deyirlər ki, bu ölkənin həm şimal, həm də cənub istiqamətinə nəql etmək üçün kifayət qədər qazı var.

Hər halda, İraqın Baş naziri Nuri Əl-Maliki keçən il Ankarada bildirdi ki, onlar Nabukko-ya 15 milyard kub metr qaz verə bilərlər.

Morninqstar həmçinin yada salır ki, bu yaxınlarda BP şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə daha bir neçə müqavilələr imzalayıb. Və həmin müqavilələr üzrə layihələr uğurlu olarsa, bazara daha çox qaz çıxacaq və böyük nəqliyyat kəmərlərinin tikintisi səmərəli olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG