Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:33

İranda milli fəallar həbs edilib


İranda bir neçə milli fəal həbs edilib, cərimələnib.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının yaydığı məlumata görə, 2 il həbs cəzası alan milli fəal Rəsul Bədəli və 6 aylıq həbsə məhkum edilən Mustafa Əvəzpur Təbriz həbsxanasına göndəriliblər.

Məhkəmə Təbriz həbsxanasında cəza çəkən Hüseyn Nəsirinin həbs müddətinin daha bir il uzadılması ilə bağlı qərar çıxarıb.

İki milli fəal İbrahim İsməli və Huseyn Muhəmmədi Əlvarla bağlı Təbriz inqilab məhkəməsində proses başlanılıb.

Milli fəal Ayət Mehrəlibəylinin həyat yoldaşı Zəhra Fərəczadə 115 gün həbsdən sonra 50 min dollarlıq girov müqabilində azadlığa buraxılıb.

Oktyabrın 7-də və 10-da Təbrizdə “Tıraxtorsazi” və Tehranın “Nəfte” futbol klubları arasında gedən oyun zamanı milli şüarlar səsləndirdiyinə görə, saxlanılan 20 nəfər sərbəst buraxılıb. Onların əlində "Türk dilində mədrəsə olmalıdır hər kəsə" və "Azərbaycan oyaqdır, öz dilinə dayaqdır" şüarları olub.

Ötən il İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Kərrubinin kampaniyasında fəal iştirak edən Səid Muradi Nəqədənin təhsilinə maneə yaradılıb. Rəşt universitetinin Hüquq fakültəsinin tələbəsi olan Səid Muradi bu il sosiologiya fakültəsinin magistratura bölümünə imtahan verib yüksək bal toplasa da, onun təhsilinin qarşısı alınıb.
XS
SM
MD
LG