Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:52
«Bir ömürlük mübarizəm» kitabının müəllifi Anar Niftəliyev hələ də axtarışdadır. Dediyinə görə, buna səbəb 2008-ci ildə məhkəmə çəkişməsində olduğu Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovdan üzr istəməsi barədə Qaradağ rayon məhkəməsinə arayış verməməyi səbəb olub.

Belə ki, 50-ci illərdən 2007-ci ilə qədər Azərbaycandakı ictimai-siyasi həyatda baş verən proseslərdən bəhs edilən həmin kitabda Heydər Əliyev haqqında bəzi tənqidi fikirlər olub. (Müəllif həmin fikirləri tənqidi yox, obyektiv fikirlər adlandırır)

Məsələ ondadır ki, Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov həmin kitabda elmi redaktor göstərilib.

Amma kitab çap olunandan iki il sonra Hüseyn İsmayılov belə bir kitabın elmi redaktoru olmadığını bildirib və müəllifi məhkəməyə verib.

Bundan sonra kitabın müəllifi Anar Niftəliyev «Ümummilli lider Heydər Əliyev haqqında yazdığı yalan və böhtana görə» rəhbərliyin əmri ilə Folklor İnstitutundan qovulub.

«MƏNİM AXTARIŞA VERİLMƏYİM QANUNSUZDUR»


Anar Niftəliyev işə bərpa ilə bağlı iddia qaldırsa da, məhkəmə onun əleyhinə, həm də kitabların məhv edilməsi barədə qərar çıxarıb. Apelyasiya məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.

O, özündə saxladığı yeganə nüsxəni də məhkəməyə verəndən sonra məsələnin yekunlaşdığını zənn edib.

Amma sonuncu dəfə 2010-cu il oktyabrın 16-da Qaradağ rayon məhkəmə icraçıları ilə əlaqə saxlayanda ona axtarışda olduğunu bildiriblər. Həm də ona deyilib məhkəməyə kitabın qalan nüsxələrini və bir də qarşı tərəfdən üzr istəməsi ilə bağlı arayış təqdim etməlidir. Anar Niftəliyev bildir ki, o həm məhkəmə, həm də icraçılarla tez-tez əlaqə saxlayıb. Həm polis, həm də məhkəmədə onun telefonları olduğu halda, onun axtarışa verilməsi tam qanunsuzdur.

«QƏZETDƏ TƏKZİB VERSİN, AXTARIŞI LƏĞV EDƏK»


Qaradağ Rayon Məhkəmə icraçısı Ağahüseyn Nəcəfov deyir onların Anar Niftəliyevdən iki, 2006-cı ildə həmin kitabı çap edən «Qanun» nəşriyyatından isə bir tələbləri var:

«Məhkəmə qərar çıxarıb ki, Anar Niftəliyev kitabın elmi redaktorunun Hüseyn İsmayılov olmaması barədə qəzetdə təkzib versin, kitabın məcburi və müəllifdə qalan nüsxələr geri alınaraq məhv edilsin. Bundan başqa, «Qanun» nəşriyyatı Folklor İnstitutunun direktoru İsmayıl Hüseynovdan yazılı üzr istəsin. Amma indiyə qədər məhkəmənin bu tələblərinin heç biri yerinə yetirilməyib».

Ağahüseyn Nəcəfov deyir ki, 2008-ci ildən bəri Anar Niftəliyevi tapmadıqları üçün onu axtarışa veriblər. Amma məhkəmə icraçısı bildirir ki, əgər Anar Niftəliyev qəzetdə Hüseyn İsmayılovun «Bir ömürlük mübarizəm» kitabının elmi redaktoru olmaması barədə təkzib versə onun barəsində axtarışı ləğv edə bilərlər.

«Təkzib yazsın, biz də polisə məktub yazacağıq axtarış ləğv olunacaq».

«BİR ÖMÜRLÜK MÜBARİZƏM» KİTABININ MÜƏLLİFİ HƏM DƏ ŞƏXSİYYƏT VƏSİQƏSİ DƏ ALA BİLMİR


Anar Niftəliyev deyir ki, məhkəmə qərarlarının heç birində üzr istəməklə bağlı arayış tələb olunmadığı halda ondan belə bir arayış tələb edirlər. Onun sözlərinə görə, bundan başqa əsassız yerə axtarışa verildiyi üçün həm də şəxsiyyət vəsiqəsi ala bilmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG