Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

Namizədin ofisini əlindən alıblar


“Qarabağ” seçki blokunun 10 saylı üçüncü Binəqədi seçki dairəsindən namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin seçki qərargahı üçün tutduğu ofis onun əlindən alınıb. Bu barədə AzadlıqRadisouna məlumat verən deputatlığa namizəd bunun ofisin sahibinə təzyiq nəticəsində baş verdiyini iddia edir.

Onun fikrincə, bu təzyiqləri ona rəqiblərindən biri edir. Qorxmaz İbrahimli 10 saylı DSK-ya məlumat verdiyini deyir.

10 saylı üçüncü Binəqədi seçki dairəsi komissiyasının sədri İsgəndər Əliyev isə AzadlıqRadiosuna deyir ki, o, bu barədə bizdən eşidir və namizədi çağırıb ətraflı söhbət edəcək. Amma sədr onu da vurğuladı ki, namizədlərin ofis təminatına qarışmırlar.
XS
SM
MD
LG