Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:17

Birgə xoşbəxtlik iflasa uğrayıb?


Almaniyanin kansleri Angela Merkel Almaniyada çoxmədəniyyətli cəmiyyət qurmaq cəhdinin tamamilə uğursuz olduğunu, bu cəhdin baş tutmadığını bildirib.

Merkel bunu rəhbərlik etdiyi Xristian-Demokrat Birliyinin gənc fəallarının Potsdamda keçirilən toplantısında bildirib.

Merkel deyib ki, müxtəlif mədəniyyətlərdən olan xalqların birlikdə xoşbəxt yaşaması konsepsiyası Almaniyada işləmir.

Merkel çıxışında bildirib ki, immiqrantlar alman cəmiyyətinə qarışmaq üçün daha çox çalışmalıdırlar. Qanunlara əməl olunmalı, alman dilini çox yaxşı öyrənməlidirlər.

ALMANİYADA 16 MİLYON İMMİQRANT


Angela Merkel Almaniyada 16 milyon immiqrantın yaşadığını, Frankfurt-Mayn şəhərində 5 yaşdan aşağı olan hər 3 uşaqdan ikisi immiqrant ailəsindən olduğunu bildirib:

«Frankfurt-Maynda 5 yaşdan aşağı olan hər 3 uşaqdan ikisi immiqrant ailəsindəndir. 1960-cı illərin əvvəllərində biz xaricdən ölkəyə işçi qüvvəsi cəlb etdik. Bu gün onlar bizimlə birlikdə yaşayır. Biz deyəndə ki, onlar nə vaxtsa gedəcək – özümüzü aldatmışıq. Bu baş verməyib və bizim birlikdə xoşbəxt yaşamaq istəyimiz tamamilə iflasa uğrayıb».

Almaniyada 16 milyon immiqrant yaşayır, onlardan 4 milyonu müsəlmandır.

İQTİSADİ BÖHRAN SAĞÇILIĞI ARTIRIB


Keçən həftə Xristian Sosial Birlik Partiyasının rəhbəri Horst Seehofer bildirmişdi ki, «Almaniya artıq türk və ərəb immiqrantları qəbul etməməlidir». Almaniyanın bir sıra nüfuzlu siyasi xadimlər bu yaxınlarda bildiriblər ki, ölkəyə immiqrant axını Almaniya üçün problemlər yarada bilər.

Almaniyada aparılan son araşdırmaya görə, iqtisadi böhranın nəticəsi kimi ölkədə ifrat sağçılıq artıb. Alman Sosial Demokrat Partiyasına yaxınlığı ilə tanınan Friedrich Elbert Fondunun apardığı araşdırmada hər 3 almandan biri ölkəsinin həddindən artıq yadlaşdığını, əcnəbilər tərəfindən işğal olunduğunu bildirir, hər 10 almandan biri isə ölkədə diktatorluq istəyir.

Başqa bir araşdırmada isə almanların 55 faizinin ərəbləri kobud adlandırıb. 7 il əvvəl isə bu göstərici 44 faiz təşkil edirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG