Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

YAP pulsuz təbliğatdan imtina etdi


Parlament seçkisində 60-dan artıq dairədə namizədi qeydə alınmaqla İctimai Televiziya və Radioda, rəsmi dövlət qəzetlərində ödənişsiz təbliğat-təşviqat hüququ qazanan hakim Yeni Azərbaycan Partiyası bu imkandan rəsmən imtina edib.

Bu haqda YAP icra katibinin müavin Siyavuş Novruzov məlumat verib. O bildirib ki, YAP yeganə olaraq bu seçkidə partiya kimi iştirak etmək hüququ qazanıb: “Amma digər partiyalar və seçki blokları bu hüququ əldə edə bilmədilər. Buna baxmayaraq, partiyamız son bələdiyyə seçkilərində olduğu kimi öz efir vaxtından imtina etdi. Çünki biz bərabər əsaslarla mübarizə aparırıq və göstəririk ki, heç kimdən çəkinmirik və bizim namizədlər digər partiyaların namizədlərindən üstündür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG