Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

Polis Qənimət Zahidin seçki qərargahına niyə gedib?


Qənimət Zahid
Qənimət Zahid
Oktyabrın 17-də polis deputatlığa namizəd Qənimət Zahidin yeni kirayələdiyi seçki qərargahı ilə maraqlanıb. Bu barədə AzadlıqRadiosuna 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid özü məlumat verib.

Onun dediyinə görə, yeni qərargahla əvvəlcə sahə müvəkkili maraqlanıb. Daha sonra isə qərargaha daha bir neçə nəfər gəlib.

Qənimət Zahid deyir ki, mülkü formada olduqlarından əvvəlcə gələnlərin seçicilər olduğunu düşünüb, amma bir müddət sonra həmin adamlar Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları olduqlarını bildiriblər:

“Mən soruşdum ki, nə məsələdir, dedilər bizdə məlumat var ki, bura kimlərsə toplaşır. Mən dedim ki, birincisi, biz bu yeri bu gün götürmüşük, ikincisi isə bura seçki qərargahıdır. Və bura təbii ki, adamlar gələcək. Bəlkə də məsələni boyunlarından atmaq üçün dedilər ki, bizə yuxarıdan deyiblər. Hardasa 10-15 dəqiqə sonra getdilər”.

Qənimət Zahid məsələ ilə bağlı elə həmin gün Dairə Seçki Komissiyasını (DSK) məlumatlandırıb.

DSK sədri Qədir Kərimov isə AzadlıqRadiosuna deyib ki, namizəd məlumat verən kimi dərhal polis bölməsi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirib:

“Mənə dedilər ki, biz sadəcə əraziyə baxırdıq ki, orda kimlər var, nə iş görürlər. Soruşublar ki, burda nə edirsiz, onlar da deyib ki, bura seçki qərargahıdır və sonra çıxıb gediblər, heç bir insident olmayıb”.

Qədir Kərimovun sözlərinə görə, bölmədən belə halın bir daha təkrarlanmayacağını bildiriblər.

Qənimət Zahid 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəddir. Bu dairə ən çox namizədin mübarizə apardığı dairədir. Həmin dairədən 14 nəfərin namizədliyi qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG