Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:54

Asiya Sakit okean ölkələri aclıqla mübarizəyə çağırıblar


Asiya-Sakitokean İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dünyada aclıqdan əziyyət çəkən təxminən 1 milyard insana kömək etməyə və ərzaq istehsalını artırmağa çağırıblar.

Yaponiyanın Niiqata şəhərində keçirilən görüşün sonunda qəbul edilmiş bəyanatda bu problemi həll etmək üçün, ərzaq və ticarət sahələrinə sərmayyə qoyuluşunun artırılmasının vacibliyi qeyd olunur.

Görüş iştirakçıları, 2007-2008-ci illərdə qiymətlərin kəskin qalxmasının, qlobal ərzaq təhlükəsizliyinə ciddi xəbərdarlıq olduğunu deyirlər.
XS
SM
MD
LG