Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

İsrail-Fələstin danışıqları təxirə salınıb


Oktyabrın 21-də Parisdə nəzərdə tutulmuş İsrail-Fələstin danışıqları təxirə salınıb.

Bu barədə İsrail hökumətinin yaydığı bəyanatda bildirilir.

Fransa prezidenti Nikole Sarkozi birbaşa sülh danışıqlarını davam etdirmək üçün İsrailin baş naziri Benyamin Netanyahu, Fələstin prezidenti Mahmud Abbas və

Misir prezidenti Hüsnü Mübarəki Parisə dəvət edib.

Amma İsrailin İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirməsi danışıqları əngəlləyib.

İsrail hökuməti ötən cümə axşamı Şərqi Qüdsdə 238 yeni ev tikilməsi barədə qərar qəbul edib.

ABŞ, Fransa və Rusiya İsrailin bu planından narahatlıq bildiriblər.
XS
SM
MD
LG