Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Belarus Venesueladan 30 milyon ton neft alacaq


Venesuela 2011-ci ildən başlayaraq 3 il ərzində Belarusa 30 milyon ton neft göndərəcək.

Belə bir müqavilə şənbə günü Venesuela prezidenti Uqo Çavesin Minskə səfəri zamanı imzalanıb.

Moskva neftə görə Belarusa gömrük haqqı tətbiq etdikdən sonra, Minsk Venesueladan neft idxalını artırmağa çalışır.

Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkə arasındakı əməkdaşlıqı yüksək qiymətləndirib.

Uqo Çaves Minskə Moskvadan gəlib.

Onun Rusiyaya səfəri zamanı Venesuelada atom elektrik stansiyasının birgə tikintisi ilə bağlı razılaşma imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG