Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:08

«Xaricdə oxuyan azərbaycanlı tələbələr qayıtmırlar»


Birinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub

Birinci axın beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub

«Xaricdə təhsil alan azərbaycanlı tələbələrin xeyli hissəsi qayıtmır».

Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin proqram koordinatoru Elmina Kazımzadə «Qafqaz Qovşağı» verilişində belə deyib.

Onun bildirdiyinə görə, hazırda yerli bazar xaricdə «beynəlxalq əlaqələr», «beynəlxalq hüquq» kimi nüfuzlu ixtisasları bitirənlərlə dolub:

«Onların birinci axını beynəlxalq təşkilatlar, Xarici İşlər Nazirliyində bütün mümkün mövqeləri tutub. Hazırda çox maraqlı tendensiya müşahidə olunur. Bu uşaqlar əvvəllər yerli universitetlərdə dərs deməyə həvəssiz yanaşırdısa, indi yerli universitetlərdə dərs deməyə can atırlar. Bu, çox müsbət məqamdır...».

Yerevandan Akademik Əməkdaşlıq Assosiasiyasının prezidenti Xaçik Qevorkyan isə bildirir ki, Azərbaycandan fərqli olaraq Ermənistanda dövlət xətti ilə xaricdə oxuyan tələbələrin qayıdıb dövlət strukturlarında çalışmaları tələb olunmur:

«Ermənistan hökuməti bir il əvvəl LUYS fondu yaradıb və erməni tələbələrin xaricdə təhsil almasını maliyyələşdirir. Bu şəxslərin Ermənistan vətəndaşı, ya erməni diasporundan olması əhəmiyyətli deyil. Tələbələr dünyanın ən yaxşı 15 universitetinə göndərilir. Azərbaycanda belə tələbələrin qayıtması tələb olunursa, bizdə bu fərqlidir... Dünyanın ən yaxşı universitetlərini bitirən tələbələrin xaricdə qalması və Ermənistanla daim əlaqələrinin olması bizim üçün yaxşıdır...».

Verilişə Tbilisidən qoşulan İlya Dövlət Universitetindən ekspert Nino Jvaniya isə deyir ki, son zamanlar Gürcüstanın təhsilə diqqəti artıb. İnkişaf və İslahat Fondu yaradılıb, məqsəd reytinqli universitetlərə qəbul olan tələbələri maliyyələşdirməkdir:

««Muskie», Soros Fondunun maliyyələşdirdiyi proqramlar üzrə təhsil alanların sayı daha çoxdur...», - deyə Jvaniya bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG