Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

AXCP-Müsavat bloku AŞPA-nın missiyası ilə görüşdən imtina edib


“AXCP-Müsavat” bloku AŞPA-nın müsahidəçi missiyası ilə görüsdən imtina edib.

Noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləyəcək missiyaya Pol Villen rəhbərlik edir.

Blokun bəyanatında bildirilib ki, buna səbəb Avropa Şurasının müvafiq strukturlarının, xüsusən də AŞPA-nın son illər Azərbaycanda keçirilən seçkilərlə baglı prinsipial mövqe nümayis etdirməməsidir.

Bundan başqa Kristofer Strasserin 2009-cu ilin martında siyasi məhbuslarla baglı məruzəçi təyin edilməsinə baxmayaraq o, hələ də Azərbaycana gəlməyib.

Blok hesab edir ki, Avropa Şurası Azərbaycanda demokratiyanın inkisafı istiqamətində üzərinə düsən missiyanı yerinə yetirmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG