Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:46

Bakıda hakimin həyat yoldaşını öldürən qadın yaxalanıb


Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi oktyabrın 15-də Bakıda törədilmiş qətllə bağlı birgə açıqlama yayıblar.

Açıqlamada bildirilir ki, 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Tibbi ekspertiza zamanı Natəvan Mahmudovanın üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb və müəyyən edilib ki, o, ağız - burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğularaq ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib.

Onun yaşadığı ünvandan Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.

Qeyd edək ki, Natəvan Mahmudova Azərbaycan Ali Məhkəməsinin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG