Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

MSK Arif Hacılının namizədliyini qeydə alıb


Oktyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

İclasda 2010-cu il parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Ümumilikdə baxılan müraciətlərin sayı 35-dən artıq olub.

İclasda namizədliyi AMİP tərəfindən Samux-Şəmkir Seçki Dairəsindən irəli sürülmüş İradə Həsənova ilə bağlı müvafiq Dairə Seçki Komissiyasının qərarı ləğv edilib və onun namizədliyi qeydə alınıb.

Həmçinin, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, «AXCP-Müsavat» seçki blokunun vahid namizədi Arif Hacılının barəsində verilmiş Suraxanı I Dairə Seçki Komissiyasının da qərarı ləğv olunub. A.Hacılının namizədliyi qeydə alınıb. / APA /
XS
SM
MD
LG