Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Qamsaxurdiyanın oğlu prezident olmaq istəyir


Gürcüstan parlamentində müstəqil deputat, ilk prezident Zviyad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya prezidentlik uğrunda mübarizə aparacağını bəyan edib.

Qeyd edək ki, Gürcüstanda növbəti prezident seçkiləri 2013-cü ildə keçiriləcək.

Müxalifətdə olan “Azadlıq” partiyasının rəhbəri Konstantin Qamsaxurdiya bildirib ki, növbəti seçkilər yeni konstitusiya əsasında keçiriləcəyindən, o seçkini dəstəkləməlidir.

Konstandin Qamsaxurdiya yeni konstitusiya layihəsi ilə bağlı səsvermədə iştirak etməyib.

O, bunun səbəbini hələ ki, gələcək planlarını müəyyən etməməsi ilə izah etmişdi.

Qeyd edək ki, oktyabrın 15-də Gürcüstan parlamentində ölkə Konstitusiyasına düzəlişlər edilməsini nəzərdə tutan layihə qəbul edilib.

Bu dəyişiklikdə prezidentin səlahiyyətlərinin azaldılması, baş nazirin mövqeyinin gücləndirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG