Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:54

Uqo Çaves Moskvadan Minskə gedib


Venesuela prezidenti Uqo Çaves Belarusda rəsmi səfərdədir.

O, səfər zamanı belaruslu həmkarı Aleksandr Lukaşenko və digər ölkə rəsmiləri ilə görüşəcək.

Danışıqlar zamanı biznes və digər sahələrdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Çaves Minskə Moskvadan gəlib.

Onun Rusiyaya səfəri zamanı Venesuelada birgə atom elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma imzalanıb.

Birləşmiş Ştatlar bəyan edib ki, yeni nüvə proqramları və ya bu sahədə fəaliyyət, beynəlxalq təhlükəsizlik normalarına cavab verməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG