Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

«Nabucco» qaz kəmərinin ilk hissəsi istifadəyə verilib


«Nabucco» Xəzər hövzəsindən Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulub

«Nabucco» Xəzər hövzəsindən Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulub

«Nabucco» qaz kəmərinin ilk hissəsi istifadəyə verilib. Bu nailiyyətə Macarıstan və Rumıniya imza atıb.

Məlumatı «RİA Novosti» yayıb.

Arad-Seqed marşrutu üzrə 47 km-lik hissə Macarıstan və Rumıniyanın qazpaylayıcı sistemlərini birləşdirir. Macarıstanın MOL şirkəti tərəfindən tikilən bu hissə elə Macarıstan ərazisindən keçir. Bundan əvvəl isə Rumıniya ərazisində qaz kəmərinin 60 km-lik hissəsi açılıb.

«Nabucco» Xəzər hövzəsindən Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulub. Kəmərin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline International GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16.67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı - Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq. [APA]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG