Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:27

Anjelina Coli Bosniyanın onun filmi barədə qərarından narazıdır


Hollywood ulduzu Anjelina Coli Bosniyanın onun filminə verdiyi icazəni ləğv etmək qərarını pisləyib. O deyib ki, çəkmək istədiyi filmin 1991-1995-ci illərin müharibəsi zamanı Bosniyada müsəlman qadını zorlayan serb kişinin məhəbbətindən bəhs etməsi barədə söz-söhbət doğru deyil.

"Müharibənin Qadın Qurbanları Assosiasiyası" məhkəmədə iddia qaldırandan sonra filmin çəkilişlərinə verilən icazə ləğv edilib.

BMT-nin Balkanlarda xoşməramlı səfiri olan Coli yaydığı bəyantda bildirir ki, filmi çəkməkdə məqsədi 1992-1995-ci illərin müharibəsi zamanı Bosniyada nələrin baş verdiyini xatırlatmaqdır.

Beynəlxalq təşkilatlar həmin müharibə zamanı Bosniyada əsasən müsəlman olan minlərlə qadının zorlandığını guman edir.
XS
SM
MD
LG