Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:54

ABŞ İsrailin yeni ev evlər tikmək planından məyus olub


ABŞ Dövlət Departamentindən bildiriblər ki, İsrailin şərqi Yerusəlimdə (Qüdsdə) yeni evlər tikmək planı onları məyus edib. Dövlət Katibinin sözçüsü Filip Krovli oktyabrın 15-də mətbuat konfransında deyib ki, bu qərar Fələstinlə İsrail arasında yeni bərpa olunan sülh danışıqlarına zərbə vura bilər

Dünən İsrailin Baş naziri həmin ərazidə 238 yeni evin tikintisi barədə planı təsdiqləyib

Fələstinin danışıqlardakı nümayəndəsi isə deyib ki, bununla İsrail iki tərəf arasında sülh danışıqlarının davam etməsi üçün bütün imkanları öldürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG