Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

«AXCP-Müsavat» seçki bloku mitinqi təxirə salıb


Blok mitinq üçün meriyaya göndərdiyi məktuba yenə də yox cavabı alıb. Bakı şəhər İcra Hakimiyyəti blokun oktyabrın 17-nə təyin etdiyi mitinqə həmin vaxtın münasib olmadığını əsas gətirərək icazə verməyib.

Müsavat başqanının müavini Tofiq Yaqublu AzadlıqRadiosuna deyib ki, blokun bu gün keçirdiyi müşavirəsində mitinqin təxirə salınması ilə bağlı qərar qəbul edilib:

“Biz bildirmişdik ki, meriyanın cavabından asılı olmayaraq mitinqi keçirəcəyik. Lakin bugünkü müşavirədə hər iki partiya fəallarının seçki qabağı həbs edilməsindən ehtiyatlanaraq mitinqin təxirə salınması ilə bağlı qərar qəbul edilib”.

“AXCP-Müsavat” seçki bloku bundan əvvəl oktyabrın 10-na təyin etdiyi mitinqi 17-nə kimi təxirə salmışdı. Tofiq Yaqublu hələlik mitinq keçiriləcək tarixin müəyyənləşdirilmədiyini bildirdi.
XS
SM
MD
LG