Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48
118 dairədən olan namizədlər İctimai TV-nin, qalanları isə Naxçıvan TV-nin efirindən istifadə edəcəklər.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 15-də keçirilən iclasında verilib.

MSK sədri Məzahir Pənahovun sözlərinə görə, hər bir dairə üzrə qeydə alınan namizədlər üçün dəyirmi masa təşkil ediləcək: “Dəyirmi masada namizədin çıxış etmək üçün 4 dəqiqə vaxtı olacaq. Vaxtın 4 dəqiqə olmasını havadan götürməmişik. Namizədlərin sayı təbliğat-təşviqat gününə bölünüb və hər namizədə 4 dəqiqə vaxt düşüb. Dəyirmi masalar seçki dairələrinin say ardıcıllığına əsasən təşkil olunacaq. Namizədlər isə qeydiyyata alınma ardıcıllığı ilə danışacaqlar”.

İlk çıxışlar oktyabrın 15-i saat 21-dən 23-dək davam edəcək. Namizədlər həmçinin “Azərbaycan” qəzetində də pulsuz təşviqatdan yararlana biləcəklər.

Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi üzrə namizədlərə Naxçıvan Dövlət Televiziyasında və “Şərq qapısı” qəzetində pulsuz təşviqat üçün yer ayrılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG