Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:13

Gürcüstanda prezidentin səlahiyyətləri azaldı


Oktyabrın 15-də Gürcüstan parlamentində ölkə Konstitusiyasına düzəlişlər layihəsinin sqəbul edilib. Bu dəyişiklikdə prezidentin səlahiyyətlərinin azaldılması, Baş nazirin hakimiyyət mövqeyinin gücləndirilməsi nəzərdə tutulur.

Tənqidçilər deyirlər ki, bu dəyişiklik indiki prezident Mixeil Saakaşvilinin üçüncü müddətə də prezident seçilməsinə yönəlib. Onun ikinci və sonuncu prezidentlik müddəti 2013-cü ilin yanvarında başa çatır.

Amma Gürcüstan prezidenti hakimiyyətdə uzun müddət qalmaq niyyətinin olmadığını, bu dəyişikliyin sadəcə olaraq indiki hakimiyyətin ölkədə apardığı islahatların davamlılığının təmin edilməsini istədiyini bildirib.
XS
SM
MD
LG