Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Mobil telefonlar insanları yoxsulluqdan xilas edə bilər?!


Mobil telefonu yaradanlardan biri olan amerikalı mühəndis Tomas Kuper

Mobil telefonu yaradanlardan biri olan amerikalı mühəndis Tomas Kuper

Digər informasiya texnologiyalarından daha sürətli yayılan mobil telefonlar inkişaf etməkdə olan ölkələrdə yoxsul insanların yaşayış səviyyəsini yaxşılaşdıra bilər.
BMT yeni hesabatında bu qənaətə gəlib.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının İqtisadiyyat Məlumatları adlı hesabatında bildirilir ki, bunun üçün hökumətlər imkanların daha çox sayda insana ən effektiv yolla çatdırılmasını təmin etməkdən ötrü düzgün siyasət planlamalıdırlar.

5 MİLYARD İNSANIN MOBİL TELEFONU VAR


Yer üzündə demək olar ki, hər adama biri düşməklə, mobil telefon abunəçilərinin sayı bu il 5 milyarda çatacaq. BMT-nın Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Paniçpakdi hesabatla bağlı mətbuat konfransında belə deyib.

İnkişaf etmiş ölkələrdə bu göstərici 100 faizi ötüb keçir, çünki bu ölkələrdə birdən çox mobil telefona sahib olan və ya abunə olan insanların sayı çoxdur.

İnkişaf etməkdə olan ölkələrdə abunəçilərin göstərici isə belədir: hər 100 nəfərə 58, amma bu rəqəm getdikcə artmaqdadır. İnkişaf etməmiş ölkələrə gəlincə, bir neçə il əvvəlin göstəricisinə görə hər 100 nəfərdən yalnız ikisi mobil telefon istifadəçisi və ya abunəçisidir.

Kasib ölkələrdə mobil telefonların iqtisadi əhəmiyyəti daha çoxdur.

BMT – nin Ticarət və İnkişaf üzrə Konfransından bildiriblər ki, inkişaf etməmiş ölkələrdə internet və ya simli telefondan daha çox istifadə olunan mobil telefonların iqtisadi əhəmiyyəti, onların ünsiyyət vasitəsi kimi əhəmiyyətindən üstündür.

Belə ki, mobil telefonlar aşağı təhsilli və az resurslu insanları ən azı işlə təmin edir. Çünki bu, nəhəng biznesdir. Yüz minlərlə insan küçələrdə ödənişli danışıq satışı ilə və telefon aparatlarının təmiri ilə məşğuldurlar.

Hesabatda iddia olunur ki, iqtisadi səmərənin açarı mobil telefonlardan daha səmərəli istifadədir. Bir çox Afrika ölkələri isə hələ də bundan nəticə çıxara bilməyiblər.
Supaçay Paniçpakdi: “Hindistan mobil telefonları hər kəsin ala biləcəyi qədər ucuz etməklə, yol göstərdi.”

BMTTİK-ya görə, hökumətlər kasıb insanların mobil telefonlardan necə istifadə etməsini araşdırmalı və öz siyasətlərini bunun üzərində qurmalıdırlar. Və onlar təminat verməlidirlər ki, insanın kasıb-varlı olmasından asılı olmayaraq onun öz telefonu olacaq. Çünki 2008-ci ilin sonunda inkişaf etməmiş ölkələrin əhalisinin təxminən yarısı mobil telefon siqnalları ilə təmin edilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG