Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:38

İranla danışıqlar gələn ay baş tuta bilər


İran 6 güc dövləti ilə nüvə proqramı ilə bağlı danışıqların tarixini müzakirə etmək istəyir. İranın Xarici İşlər naziri Manuçöhr Mottaki belə deyib.

Bundan əvvəl Avropa Birliyi (AB) İranla danışıqların yeni mərhələsini təklif edib.

İranın XİN Manuçöhr Mottaki bildirib ki, AB-nin təklifi «yaxşı xəbərdir».

AB-nin Xarici siyasət rəsmisi Katerina Eşton dünən təklif edib ki, noyabr ayının ortasında Vyanada belə bir görüş keçirilsin.

İran və 6 güc dövləti arasında danışıqlar ötən ilin oktyabrından düyünə düşüb. Qərb İranın nüvə silahı hazırlayacağından ehtiyatlanır. Tehran ittihamları qəbul etmir.
XS
SM
MD
LG