Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04
«19-21 oktyabrda ilk öncə AŞPA-nın seçkiqabağı missiyası Bakıda olacaq. İlkin seçkiqabağı missiya adlanan bu missiyaya AŞPA-nın 5 müxtəlif siyası partiya qrupunu təmsil edən 5 üzvü daxildir. Onlar dövlət rəsmiləri, QHT təmsilçiləri və namizədliklıəri irəli sürülmüş şəxslərin nümayəndələri ilə görüşlər keçirəcəklər. Oktyabrın 21-nə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub».

Bunu Avropa Şurası Baş Katibliyinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek oktyabrın 15-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daha sonra isə məhz seçkiləri müşahidə etmək üçün nəzərdə tutulan 30 nəfərədək parlament nümayəndəsindən ibarət missiya Azərbaycana gələcək:

«Onlar səsvermədən bir neçə gün əvvəl Bakıda olacaqlar və eyni formatda görüşlər keçirəcəklər. Seçki günü isə onlar Bakıda və bölgələrdə səsverməni müşahidə edəcəklər. Və adət üzrə seçkinin səhəri günü beynəlxalq müşahidələrin nəticələrini səsləndirmək üçün mətbuat konfransı keçiriləcək».

V. Kotek seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatının olmayacağını deyib: «Seçkiqabağı missiya səfərin yekunlarına dair yalnız mətbuat konfransı keçirəcək».

«Təşviqat kampaniyasını necə dəyərləndirirsiniz» sualını isə xanım Kotek belə cavablandırıb: «Avropa Şurasında seçkilərlə bağlı müşahidə aparmaq hüququ yalnız Parlament Assambleyasına məxsusdur. Ona görə də biz onların müşahidələrinin nəticələrini gözləməliyik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG