Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:16

«Futbol yüksək zirvələrə çatacaq»


«Azərbaycanda idman çox sürətlə inkişaf edir». Bunu prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhər ictimaiyyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə böyük uğurlara nail ola bilib:

«İdmançılarımız Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında dövlət bayrağımızı göylərə qaldırırlar. Bu, bizdə böyük qürur hissi yaradır. Mən istəyirəm ki, Azərbaycanda bütün idman növləri inkişaf etsin və biz görürük ki, bu nailiyyətlər var».

Prezident oktyabrın 12-də futbol üzrə Azərbaycan millisinin 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını məğlub etməsinə də münasibət bildirib:

«Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq».

O, əmin olduğunu bildirib ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq:

«Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər». /AzərTAc/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG