Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:37
Bu yaxınlarda Azərbaycanın Dövlət Neft Fondu 2001-ci ildən bu yana gəliri və xərcləri haqqında jurnalistlərə məlumat verib. Bildirib ki, son 9 ildə neft-qaz satışından 40 milyard dollar pul alıblar. Onun da 20 milyard dolları artıq xərclənib. Siyahı da belədir:

1. Dövlət büdcəsinə – 14 milyard dollar
2. Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə - 700 milyon manat
3. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə - 659 milyon manat.
4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə - 474 milyon manat.
5. İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına - 90 milyon manat.
6. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına - 14 milyon manat.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin sədri Azər Mehtiyev isə bunun sonuncu yox, 2010-cu ilin ortalarına qədər olan xərclər olduğunu deyir. Bildirir ki, ikinci yarım ildə indiyə qədər və ilin sonuna qədər Fondun xərcləri məlum deyil. Onun fikrincə, 2010-cu ilin sonuna siyahıdan əlavə hələ daha 250 milyon manata qədər müxtəlif layihələrə pul verilməsi nəzərdə tutulur.

Azər Mehtiyevə görə, bu qədər pul ayırsa da Fondun həmin pulların necə xərcləndiyini araşdırmaq imkanı demək olar ki, yoxdur. Ekspertə görə, nəzəri olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərə Maliyyə Nazirliyi və Hesablama Palatası nəzarət edir, amma Neft Fondunun verdiyi pullara bu cür nəzarət sistemi yoxdur.

Amma Neft Fondunun nümayəndəsi Müşfiq Bayramov tənqidin əsaslı olmadığını bildirir: “Hətta, bütün müqavilələr üzrə hansı tender prosedurları keçirilib, kimlər tenderdə iştirak edib, kimlər qalib olub, hər şey qiymətlərlə bərabər Fondun internet səhifəsində yerləşdirilib”.

Azər Mehdiyevə görə isə tender qalibləri haqqında məlumatların yerləşdirlməsi hələ tam şəffaflıq deyil: “Misal üçün “Oğuz-Qəbələ-Bakı” su kəməri Neft Fondundan ən çox maliyyə alan layihələrdən biridir. Bu layihəyə başlanılanda onun 2008-ci ilin ortalarında başa çatacağı bildirilirdi. Və layihəyənin də hardasa 400 milyon dollara başa gələcəyi deyilirdi. Amma 2010-cu ilin sonuna qədər bu layihəyə Neft Fondundan 747, 4 milyon manat pul ayrılması gözlənilir. 2011-ci ildə də üstəlik 33, 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Yəni, bu kəmərin qiyməti bir milyard manata yaxınlaşır, amma hələ heç bir yerdə, heç kim bu layihənin dəyərinin belə şişməsinin səbəbləri haqqında məlumat verməyib”.

Azər Mehdiyevə görə, xeyli vəsaitlər ayrılsa da Neft Fondunun həmin vəsaitlərin təyinatı və necə xərclənməsi ilə bağlı informasiya əldə etmək və ya yoxlamaq imkanları məhdud olduğundan şəffaflıqla bağlı xeyli suallar yaranır.

Polemikanı ətraflı burada dinləyin:
XS
SM
MD
LG