Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:58

Namizədlərə pulsuz efir vaxtı ayrıla bilər


Parlament seçkiləri ilə əlaqədar kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat üçün seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmamış siyasi partiya və bloklara ödənişsiz efir vaxtı ayrıla bilər.

Bunu Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyib.

O, qeyd edib ki, əgər bu təklif MSK-da müzakirəyə çıxarılsa, komissiya üzvləri təklifi dəstəkləyəcəklər.

Qeyd edək ki, MSK sentyabrın 24-də pulsuz efir vaxtı və rəsmi qəzetlərdə dərc üçün yer ayrılması ilə bağlı açıqlama verib.

Bu kütləvi informasiya vasitələrinə İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri daxildir.
XS
SM
MD
LG