Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Elmar Məmmədyarov Gürcüstana gedib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana işgüzar səfəri başlayıb.

APA-nın məlumatına görə, Elmar Məmmədyarov səfər çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Nika Gilauri və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək.

Görüşlərdə iki ölkə arasındakı əlaqələr və strateji münasibətlərin inkişafı müzakirə olunacaq.

Xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, səfər çərçivəsində iki ölkə arasında problemli məsələlər də müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG