Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:08

Əhmədonejatın Livana səfəri başa çatır


İran prezidenti Mahmud Əhmədonejatın Livanın İsraillə həmsərhəd bölgəsinə səfəri başa çatır. Oktyabrın 13-də Əhmədinejat Livan prezidenti Mişel Süleymanla danışıqlar aparıb. İran prezidenti bildirib ki, Tehran nəinki şiə icmasının, bütün Livan xalqı ilə müttəfiq olmağa can atır.

Əhmədinejat vurğulayıb ki, İran İsrailə qarşı müqavimətdə Livanı dəstəkləyir.

Ölkənin şiə müsəlmanları Əhmədinejatı şövqlə qarşılasalar da, sünni və xristianlar narahatdırlar ki, İran və Hizbulla ölkəni İsraillə münaqişəyə darta bilər.

ABŞ hökuməti isə bildirib ki, Əhmədinejatın Livana səfəri onun “təxribat yoluna” davam etdiyini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG