Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:59

Həmsədrlər bəyanat verib


ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ ətrafındakı rayonlarda aparılan qiymətləndirici missiyanın yekunlarına dair bəyanat veriblər.

Bəyanatda qeyd olunur ki, həmsədrlər oktyabrın 7-dən13-dək Dağlıq Qarabağ ətrafındakı ərazilərdə səhra qiymətləndirmə missiyası həyata keçirib. Minsk qrupunun həmsədrlərinin missiyası ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası tərəfindən dəstəklənib. Missiyanın tərkibinə həmsədrlərin dəvəti ilə üç ekspert də cəlb edilib ki, onlardan ikisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləridir.

Bəyanatda bildirilir ki, missiya həmsədrlərə yerlərdə çoxsaylı insanlarla görüşmək və bu ərazilərdəki ümumi vəziyyəti, həmçinin humanitar tələbatları qiymətləndirmək üçün mühüm imkan yaradıb. Missiyaya BMT-nin texniki ekspertlərinin daxil edilməsi beynəlxalq humanitar qanunlar çərçivəsində qaçqın və məcburi köçkünlərini hüquqlarını daha yaxşı anlamağa imkan verib.

Minsk qrupu bildirir ki, hazırda həmsədrlər ekspertlərin iştirakı ilə missiya zamanı toplanan məlumatların analizini aparırlar. Bu iş tamamlandıqdan sonra həmsədrlər ATƏT-in daxili hesabatını hazırlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG