Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Cinayətkar erməni qruplaşması ifşa olunur


Amerika Birləşmiş Ştatlarında hüquq-mühafizə orqanları erməni bandasının 44 üzvünə ittiham irəli sürüb. Kriminal qrup hökumətə tibbi sığorta proqramı çərçivəsində 100 milyon dollar ziyan vurmaqda ittiham olunur. Cinayətkarlar pulu hökumətdən mövcud olmayan 100 tibbi klinikanı idarə etməklə, saxta müraciətlər göndərməklə, qısası, fırıldaqla qoparıblar.

ƏN BÖYÜK TİBBİ SIĞORTA FIRILDAĞI

İşi aparan əsas müstəntiq Prit Bharara deyir ki, Mirzoyan-Tercanyan təşkilatı hədə-qorxu, zorakılıq metodlarından istifadə edib, «klassik mafiya üslubunda» işləyib. Banda, yaradıcılarının - 35 yaşlı Davit Mirzoyan və 36 yaşlı Robert Tercanyanın şərəfinə adlandırılıb.

«Bu təşkilatın əli ölkədən kənara, bizim sahillərdən kənara da çatıb. Gəliri, coğrafi miqyası və ambisiyaları baxımından bu beynəlxalq mütəşəkkil qrup istənilən ənənəvi mafiya ailəsinə rəqib ola bilərdi».

Amerikan-erməni kriminal qrupu Los-Ancelesdə və Nyu Yorkda fəaliyyət göstərib, ancaq 25 ştatda soyğunçuluq, kredit kartı, immiqrasiya fırıldağı, qaçaqmal siqaretlərin, oğurluq Viaqranın yayılması ilə məşğul olub.
İttihamnaməyə görə, təşkilat üzvlərindən çoxu milliyyətcə erməni, yaxud Ermənistanla köklü əlaqələri olan mühacirlərdir. Bu ölkəyə tez-tez baş çəkən cinayətkarlar orda daşınmaz əmlak alıblar, qanunsuz gəlirləri hesabına biznes qurublar, cinayətkar aləmlə əlaqələr yaradıblar.

XAÇ ATASI


46 yaşlı Armen Kazaryan Mirzoyan-Tercanyan təşkilatının xaç atası sayılır. İttihamnamədə o, «vor v zakone» adlandırılır. Kazaryan 1996-cı ildə ABŞ-a köçüb, tez-tez Ermənistan və Azərbaycana səfər etməsinə baxmayaraq qaçqın statusu alıb.

Armen Kazaryan ABŞ-da həbs olunan ikinci «vor-zakondur». Həbsə düşən ilk «vor-zakon» Yaponçik ləqəbi ilə tanınan Vyaçeslav İvankov olub. FBİ (Federal Təhqiqatlar Bürosu) onu 1995-ci ildə soyğunçuluq ittihamıyla həbs edib. İvankov ABŞ-da doqquz il həbsdə yatıb, sonra Rusiyaya deportasiya olunub. Onu 2009-cu ilin oktyabrında Moskvada güllələyiblər.

FBİ-ın Nyu York ofisinin direktor müavini Yanis Fedarçik deyir ki, ABŞ hüquq-mühafizə orqanları növbəti kriminal sxemə qarşı daim ehtiyatlıdırlar, bu təhlükənin hardan gələcəyindən asılı olmayaraq.

ONLARIN ÇOXU ERMƏNİSTANDANDIR


Erməni işini araşdıranlarsa deyirlər ki, həbs olunanların ABŞ-da qeyri-qanuni yaşayıb-yaşamadıqlarını öyrənilər.

Müstəntiq Bharara bildirir ki, onların çoxu Ermənistandandır. Ancaq Ermənistan hökumətinin ABŞ-a bu işdə kömək edib-etmədiyini deməyib. Onun sözlərinə görə, xarici hökumətlər Birləşmiş Ştatlarla əməkdaşlıq etmək istəyir.

TRİLLERƏ OXŞAYAN İTTİHAMNAMƏ

İttihamnamə lap trillerə oxşayır. Banda barədə hay-küylü detallar, üzvlərinin dəbdəbəli həyat tərzi, bahalı maşınları, Las Veqas kazinolarında pulyuma və sairə. Bharara deyir ki, bu ittihamnamə əsasında böyük film çəkmək olar. Ancaq bunlar kino deyil, müstəntiqlər ittiham olunan beynəlxalq qanqsterlər barədə hər detalı araşdırırlar.

Nyu York Şəhər Polisindən Reymond Kelli isə deyir ki, cinayətkarlar öz bizneslərini çox uğurlu qurublar.

«Xeyli bədxərc fırıldaq sxemi olsa da, onlar bunun öhdəsindən az resursla necə gəliblər, inanmaq olmur. Bütün əməliyyatları Bruklində kiçik bir ofisdən aparıblar. Qalina Vovk adlı bir qadın bütün günü səhər tezdən gecəyəcən orda oturub, saxta tibbi iddiaları hazırlayıb».

Qalina Vovk təşkilatın əsas liderlərindən biri - Robert Tercanyanın arvadıdır.

İttihamlar təsdiqlənsə, müttəhimləri müxtəlif, hətta ömürlük həbs cəzaları, həmçinin 500.000 dollaradək cərimə gözləyir.

AzadlıqRadiosu Ermənistanın Vaşinqtondakı səfiri Tatul Markaryanın ofisinə davamlı zənglər etsə də, şərh ala bilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG