Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:11

«Azərbaycanda qadın polislərə ehtiyac var»


«Azərbaycanda məişət zorakılığına məruz qalan qadınlarla iş aparılması üçün qadın polislərə ehtiyac var».

Bunu ATƏT-in gender məsələləri üzrə baş müşaviri Cəmilə Seftavi Azərbaycanda keçirdiyi 4 günlük səfərlə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda bu sahədə qadın polislər azdır və bu sahədə müəyyən addımlar atılmalıdır.

C. Seftavi onu da qeyd edib ki Azərbaycan məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul etməklə, gender bərabərliyinə dair öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addım atıb. Ancaq görüləsi bir sıra işlərin qaldığını da bildirib.

ATƏT rəsmisinin sözlərinə görə, «gender bərabərliyi ATƏT-in hərtərəfli təhlükəsizlik mandatında əhəmiyyətli yer tutan fundamental insan hüququ və dəyəridir. Buna görə də zorakılıq qurbanlarını qorunması və təcavüzkarların mühakimə edilməsi üçün dayanıqlı mexanizmin hazırlanması çox vacibdir».

C. Seftavi həmçinin vurğulayıb ki, «ailənin özəl həyatı, mədəniyyəti, adət-ənənəsi və ya təhsilin olmaması kimi səbəblər qadınlara qarşı törədilən zorakılığa dözümlük nümayiş etdirməyə və ya əhəmiyyət verməməyə bəraət qazandıra bilməz. Onun sözlərinə görə qadınlara qarşı zorakılıq fərqi insanların həyatına mənfi təsir göstərməklə yanaşı ölkənin hər bir sahədə inkişafına da əngəl törədir».

Günün bütün mövzuları

XS
SM
MD
LG