Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:31

İran sərhədində böyük növbə yaranıb


Astara keçid məntəqəsində yük maşınların İrana buraxılması məhdudlaşdırılıb. Maşın növbəsinin uzunluğu bir kilometrə çatır. Sürücülərin dediklərinə görə, iki gündür ki, bu hal davam edir. Bu gün isə maşınların İrana buraxılması dayandırılıb.

Astara terminalın direktor müavini Rafael Abdullayev AzadlıqRadiosuna bildirib ki, İrana gedən yol asfaltlaşdırılır. Terminalın özündə də təmir gedir. Maşınların sərhəddə yığılıb qalmasının səbəbi təmirlə bağlıdır.
XS
SM
MD
LG