Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Brüsseldə NATO nazirləri toplaşır


Oktyabrın 14-də Brüsseldə NATO müdafiə və xarici işlər nazirləri görüşür. Tərəflər təşkilatın yeni strateji konsepsiya layihəsini müzakirə edəcəklər. Sənəd NATO-nun yaxın 10 ildə inkişaf prinsiplərini müəyyənləşdirməli və NATO ölkələrinə qarşı əsas təhlükələri qeyd etməlidir.

Gündəlikdə dayanan məsələlərdən biri də Şimali Atlantika Müqaviləsi Təşkilatının tərkibində - qurumun daha səmərəli fəaliyyəti məqsədi ilə islahatlar aparılmasıdır.

Bu ideyanın tərəfdarı olan NATO Baş katibi Anders Foq Rasmussen və Amerika rəsmiləri təşkilatın 28 üzvünü qlobal maliyyə böhranın nəticəsi olaraq müdafiə xərclərini azaltmamağa çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG