Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06














Kaş azacıq Azadlıq

kaş azacıq Azadlıq
bu dövürdə
mənim də payım olaydı
təkcə şirin sözlər də
kifayət edərdi
amma hayıf,
menim payım ancaq“xatirələr”
ki məndən sonra ola bilsin....
yenə küçəyə yağış yağdı
mən isə yağış altında
çətir gözləyə-gözləyə
sənin xəyallarının küçəsində gəzirəm
və ancaq tükənməz bir azadlıq arzu edirəm
mən sənin üçün heç nəyəm
ölməmişəm ki,
öz kölgəni məndən yan keçirdirsən
kifayət edər ki, yuxularımda görünəsən
mənim payım “sükut” qədər imiş
sən sabah ilə azad oldun
mən qurub ilə boğuldum
çarə yoxdur
səni günəş qucaqlayacaq
məni isə gecənin qaranlığı
sən yeni hava alacaqsan
mən isə ulduzları sayacağam
bu mənim bütün acı payım
sənin bütün röyalarından idi
ancaq və ancaq bu....


Şeirlər


Şüşə dalından, bu şəhərin görüntüsü, həmişə tutqun
Qərib bir şəhər, ürəklər kədərli
Sənsiz havam, ağır bir hava
Sənsiz ev dustaq kimi
Heyıf sənə-mənə, heyıf eşqimizə
…sonda eşq yolu boşaldı
Dedin hələlik… dedim hələlik…
Dedin peşmansan, dedim heç vaxt
Nəfəsim ağır, əlim titrək
Gözlərim dolu, heyıf demədim QAL
Aşıqlık qəmi az qəm deyil
Amma göz yaşının nə faydası, o ki yoxdu
Dedin sağol… dedim sağol…

***

Uzun bir etirafdir gecə!
Uzun bir etiraf
Azadlıq üçün bir fəryaddir gecə
Azadlıq üçün bir fəryad
Və bir çağrı həbs üçün
əgər həbsin birinci gecəsidir
ya sonuncu axşam
- günəşin doğmasını və
Dar ağacından asılan ipi xatırla
Gecə bir limitsiz fəryaddır
Ümüdsüzlük fəryadı və ya ümüd fəryadı
Gecə bir uzun fəryaddır
Gecə dayanıb
Pencərəmin çərçivəsində
Mat baxır ona
Ayaq baş sual amma
Fikirli qalıb və səssiz
ola bilsin heç yerdən cavab çıxmasın
Uzun zamandır göy otağımda
Bir soyuq cəsəd qalıb
Bədəninin hər üzvü o biri üzvüdən uzaq
Öz bədəninin birliyin yaddan çıxarıb
Üzünə təəccüb qonur

***

yenə zəncirdən asılmış bu gecə
kiminlədir? Nə deyir?
Ay dəli dünya, nə deyir?
Süküt içrə boğubdur nəfəsi
Azadlıqı səlb edibdir
Küçələr lal, divarlar kar
Yenə cinayət mi olacaq?!
Nə bir iytim nə bir səs var
Küçə qadınlarında səsləri batıb
Bilmirəm, heç səndə bilmirsən
Kim bilir kim kesilə kim asıla
Bəlkə elə basqı olub mən yox olam
Bəlkədə, bəlkədə
Bilmirəm nə edim
Nalə edim yoxsa ki, feryad qoparım

***

sənin eşqin günəşə doğru
bir pəncərədir
yaşayışımın istisi
bu pəncərədən asılıdır
ürəyin rahat olsun
bu pəncərənin qədrin bilirəm


Əbədiyyət

O yerdə ki,
Nə tanrı var idi nə günəş
Sənin baxışların, xatirələrin
Mənə bir ümid bəxş edirdi
Ölüm-yaşamaq arasında
Boş bir yerdə,
İki yalnızlıq arasında
Sənin baxışların ümid verirdi
Sənin şənliyin rəhimsizdir
Və çox mənalı

Sənin nəfəsin mənim boş əllərimdə
Bir nəğmədir, bir güldür
Dururam ayağa
Bir çıraq əlimdə
Bir çıraq qəlbimdə
Paslanmış ruhuma sığal çəkirəm
Və bir güzgü sənin güzgünün
Qabağına qoyuram
Ta ki, səndən Ağrıya
Bir əbədiyyət düzəldəm

***

Yalnızlığın pərişan anlarından qaçıram
Eşq küçəsinin əvvəlində
intizarla dolu gözlərini sədaqətli və səmimi əllərə tikirəm.
İndi sən gəlmisən
Mənim yalnızlığım sənin hüzurunla sınıbdır
Sən gəldin və gəlməyinlə mənim
arzularımı ki, bir quş kimi qəfəsdə məhbus olunmuşdu uçurdun,
ay yaza bulanmış azadlıq
mən ən gözəl eşq hikayəsini
sənin gözlərindən oxuyuram
Gəlməyin bir bəhanə oldu
ta göz yaşlarımı bir dəstə gül kimi səndən ötrü axıdım

***

Ölmək istəmirəm, kimə deyim?
Harda bağırım ki, ölmək istəmirəm?
Hansı səmanın altında, hansı dağin başında?
Mənim bu istəyimi bütün aləm bilsin
harda car çəkim, harda?
Kosmos sönmüş, yer kürəsi kar və səma isə kordur.
Əgər pisdisə-yaxşıdısa, əgər əksik ocaqdırsa
mən vətənimi bu fani dünyanı minlər dəfə o biri dünyadan çox sevirəm

http://ilk.bizimki.org/?p=224#more-224
http://www.dayaq.org/index.php?action=static_detail&static_id=56240

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG