Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

2 ay 700 metr dərinlikdə qalan şaxtaçılar azad edilir


10 həftədir ki, Çilidə qəzalı şaxtada qalmış 33 şaxtaçıdan biri Florenso Avalosu xüsusi kapsulla yerin səthinə çıxaranda əraziyə toplaşanlar əl çalmağa başladılar.

Şaxtaçılar 700 metr dərinliyində qalmışdılar. Həftələrdir ki, xüsusi texnika vasitəsilə həmin dərinliyə quyu qazılır, quyulara borular yeridilir, boruların içinə salınan kapsullarla şaxtaçıları yer səthinə çıxarmağa ümid bəslənirdi.

Çili prezidenti Sebastyan Pinera xilasetmə işləri üçün məxsusi olaraq düzəldilmiş “Fenix” kapsulunun yanında dayanaraq etdiyi çıxışında deyib ki, indiyəcən dünyada bu miqyasda şaxtadan xilasetmə əməliyyatı keçirilməyib.

“Florenso Avalos mənimlə söhbətində Çili dövlətinə və xalqına öz minnətdarlığını bildirdi.

İLK GÜNDƏN ONLAR BİLİRDİLƏR Kİ, BİZ ONLARI TƏK QOYMAYACAĞIQ,

onların xilasları üçün əlimizdən gələni edəcəyik”.

Sözügedən şaxta – qızıl və mis mədənidir. Çilinin şimalında yerləşir, əməliyyat başa çatanacan şaxtaçılar isti və rütubətli şaxtada 10 həftə gözləməli olublar.

Hazırda şaxtaçılar bir-birinin ardınca yer səthinə çıxarılır. Ekspertlər deyir ki, onların hamısının xilası 2 gün çəkə bilər.

Xilas edilənlərdən ikincisi Mario Sapulveda jurnalistlərə deyib ki, başına gələn qəza onun Alllaha inamını möhkəmləndirib. O anlayıb ki, insanlar birgə iş görəndə böyük qəhrəmanlıqlar göstərə bilərlər. Bundan başqa bu insident, onun fikrincə, həm Çilidə, həm də bütün dünyada şaxtalarda təhlükəsizlik tədbirlərinin güclənidirilnəsi üçün bir dərs oldu.

Əlbəttə bəlkə də burda rekord sözü yerinə düşmür, amma 33 nəfərin üzləşdiyi bu hadisə dünyada qəzalı şaxtada sağ qalma rekordunu da təzələyib.

Qəzanın ilk 17 günü hamı düşünürdü ki, şaxtaçılar ölüblər. Amma onların sağ qalıb-qalmadığını yoxlamaq üçün şaxtaya yeridilən təhqiqat kapsulu vasitəsilə şaxtaçıların sağ qaldığını müəyyən etmək mümkün olub.

Bundan sonra şaxtaçılarla əlaqə yaradılıb və onlara ərzaq ötürülüb.

Şaxtaçıların xilasını bütün beynəlxalq kanalllar canlı nümayiş etdirməkdədir.

HADİSƏ YERİNDƏ 1300 JURNALİST VAR

Yer səthinə çıxarılan şaxtaçıların bəziləri çox halsız olduqları üçün xərəklə xəstəxanaya aparılır, həmçinin gün gözlərini kor etməsin deyə gözlərinə eynək taxılıb.

Xilas edilən şaxtaçı Georgina Qallequillo deyib ki, onun və ailəsinin sevincinin həddi-hüdudu yoxdur.

“İnanın ki, ağlamaq istəyirəm, amma sevincimin həddi-hüdudu yoxdur”.

Həkimlər deyir ki, şaxtaçıların bu qəzadan sonra normal həyata qayıtmaları üçün psixoloji reabilitasiya dövrü tələb olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG